Havalar isindikcə ortaya çıxdılar,  mütəxəssislər diqqətli olmağı tövsiyyə edir
04 iyul 2023 14:55 (UTC +04:00)

Havalar isindikcə ortaya çıxdılar, mütəxəssislər diqqətli olmağı tövsiyyə edir

Türkiyənin Mersin vilayətinin həkimləri havaların isinməsi ilə əlaqəli ilanların artdığını bildiriblər.

Lent.az xarici KİV- ə istinadən bildirir ki, həkimlər əhalini diqqətli olmağa çağırıb. Belə ki, isti havalarda açıqda qalan pendir və süd kimi məhsulların iyi ilanların evə girməyinə səbəb olur.  Yaşamaqları üçün ərazilər azaldığından ilanlar qida axtarışı zamanı evlərə girir. 
Belə hallarda bilim adamaları əsasən həyət evində yaşayanlara diqqətli olmağı tövsiyyə edib. Vətəndaşların ilanlarla rastlaşdığı zaman panikaya düşməmələri və sakit olmaları üçün həkim bildirib ki,  ilanları gördüyünüz zaman çox yaxınlaşıb, onları qıcıqlandırmayın. Ilanlar insanlardan qorxub qaçırlar, lakin qıcıqlandırdıqda isə, özünü müdafiə etmək üçün sizi sanca bilər. Rayon ərazilərində evlərin ətrafı mütləq təmiz saxlanılmalıdır. Ətrafda olan ot və yarpaq qalıqları ilanların rahat gizlənə bilməsinə şərait yaradacaq. Həmçinin onların yeyə biləcəyi qidaları da açıqlıqda qoymaq olmaz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Xədicə Novruzova

Oxşar yazılar