Hamilə qadındakı COVİD-19 dölə keçə bilərmi? - Həkimdən CAVAB
09 fevral 2021 10:43 (UTC +04:00)

Hamilə qadındakı COVİD-19 dölə keçə bilərmi? - Həkimdən CAVAB

 

“Çində, İtaliyada, ABŞ-da aparılan tədqiqatlar göstərir ki, COVİD-19 infeksiyasının gedişi və ağırlaşma göstəriciləri hamilələrdə və ümumi populyasiyada fərqlənməmişdir. Başqa tədqiqatlarda infeksiyaya yoluxmuş 108 hamilə qadında ağır xəstəliklərin yüksək riskinin olması müəyyən edilib.”

Bu fikirləri Lent.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin 1-ci mamalıq-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Axundova Natəvan deyib.

Natəvan Axundova qeyd edir ki, yanaşı xəstəlikləri və patoloji vəziyyətləri olan hamilələrdə (şəkərli diabeti, piylənmə, arterial hipertoniya, preeklampsiya, hamiləlik hiperteziyası, xroniki böyrək, ürək-damar, ağciyər xəstəlikləri, antifosfolipid sindromu, autoimmun xəstəlikləri olanlar) COVİD-19 daha ağır gedişlidir.

Hamilə qadınlardan COVİD-19 dölə keçə bilərmi sualına cavab olaraq həkim bildirir ki, aparılan tədqiqatlar zamanı amnion mayesində və ciftdə virus aşkar edilməyib:

“Deməli, hamiləlik zamanı yoluxma ehtimalı çox azdır. Doğuşdan sonra xəstə personal və hamilə tərəfindən yenidoğulmuş yoluxa bilər. Neonatal infeksiyalaşma 48 saat ərzində 71 yenidoğulmuşdan 4-də təsadüf edilib. 

Hamiləlik zamanı düşüklər  (2%), dölün inkişaf ləngiməsi (10%), dölün distresi (10,7%), vaxtından qabaq doğuşlar (21,3%-39,0%) rast gəlinir. Qadınların 91%-i müxtəlif göstərişlərdən kesar kəsiyi əməliyyatı olunurlar.”

Natəvan Axundova qeyd edir ki, yenidoğulmuşlarda rast gəlinən fəsadlarda isə ölü doğulma (1,2%), neonatal ölüm (1,2%), bədən çəkisinin aşağı olması (5,3%), yenidoğulmuşun asfiksiyası (1,2%) müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4026
avatar

Nigar Adil

Oxşar yazılar