Araşdırmalara görə, gündə 3-4 fincan qəhvə beyin funksiyasını stimullaşdırır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 45-74 arasında olan 2 mindən çox iştirakçı üzərində araşdırma aparılıb. Gündə üç-dörd fincan kofe içənlərin daha sağlam beyin quruluşuna sahib olduğu, o cümlədən kortikal qalınlığın qorunması ilə bağlı olduğu müəyyən edilib.
Nəticələr göstərir ki, gündə üç-dörd fincan qəhvə içənlər, daha yüksək intellektlə əlaqəli olan kortikal qalınlığı qorumaq da daxil olmaqla, bir neçə amil nəzərə alınmaqla ən yaxşı beyin quruluşuna sahibdirlər.
Bu tapıntılar koqnitiv funksiya və ümumi sağlamlıq üçün qəhvənin faydalarını nümayiş etdirən bir çox əvvəlki araşdırmaları gücləndirir. Artıq məlumdur ki, qəhvə koqnitiv geriləməni ləngidə, Parkinson və Alzheimer kimi xəstəliklərin inkişaf riskini, ürək-damar və nevroloji xəstəliklərin tezliyini azalda bilər.