Gündə nə qədər  yumurta sarısı   yemək olar? -  CAVAB
13 dekabr 2023 19:48 (UTC +04:00)

Gündə nə qədər yumurta sarısı yemək olar? - CAVAB

Dietoloq Kelli Plou gündə nə qədər yumurta sarısı yeyə biləcəyimizi açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, səhər yeməyində bir yumurta yemək sağlam çəki saxlamağa kömək edə bilər.

Onun sözlərinə görə, yumurtanın ağı iştahınızı cilovlamağa kömək edir, sarısı isə qida və D vitamini ilə zəngindir:

“Bir çoxumuz günə yumurta ilə başlamağa öyrəşmişik, çünki bu, nəinki tez, həm də doyurucu səhər yeməyidir. Bununla belə, yumurtanın faydaları və ya zərərləri və gündəlik nə qədər yemək lazım olduğunu bilmək vacibdir.

Yumurta ən yaxşı 10 super qidadan biridir, ona görə də həm ağın, həm də sarısının faydalarını nəzərdən qaçırmamaq lazımdır. Yumurtanın tərkibindəki qida maddələrinin çoxu sarısında olur. Tərkibində D vitamini ilə yanaşı, fosfor, riboflavin, xolin, selen kimi vacib vitamin və minerallar var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23826
avatar

Arzu Qurbanlı

Oxşar yazılar