Gözəlliyinizin keşiyində dayanan ən effektli bitki yağları
29 iyul 2021 05:33 (UTC +04:00)

Gözəlliyinizin keşiyində dayanan ən effektli bitki yağları

Kokos yağı qədim zamanlardan bəri gözəllik sektorunda geniş istifadə olunur. Deyilənlərə görə, Misir kraliçası Kleopatra dərisinin gözəlliyini həm də kokos yağına borclu olub. Əsrlərdir bu yağ populyarlığını qoruyub saxlayır, həm üz, həm də bədən üçün nəmləndirici, qidalandırıcı və qocalma əleyhinə kosmetik məhsullarda, saç baxımında istifadə olunur.

Lent.az "publika.az"a istinadən xəbər verir ki, kokos yağı tamamilə təbii məhsuldur. O, kokosun təzə meyvəsinin sıxılması yolu ilə əldə olunur. Yağ qeyri-adi dərəcədə bitki turşuları ilə zəngindir - laurik, oleik, mirist, palmitik, kaprik və bir sıra digər faydalı turşular. A, E, B1, B2, B3, K və C vitaminləri, dəmir, kalsium, fosfor və digər makro, mikroelementlərdən ibarətdir.

Zəngin tərkibi sayəsində dərini intensiv şəkildə nəmləndirməyə və qidalandırmağa, quruluq, qabıqlama və qıcıqlanma ilə mübarizə aparmağa imkan verir. Bitki turşularının bolluğu isə təbii liftinq təsiri göstərir. Onun əsas xüsusiyyətlərindən biri dəri hüceyrələrinin yenilənməsinə səbəb olan metabolik prosesləri stimullaşdırmaq qabiliyyətidir. Kokos yağı adətən göz ətrafı üçün nəzərdə tutulan kremlərin tərkibində də olur və dərini qıcıqlandırmır. Yağlı və sızanağa meyilli dəri tipiniz varsa, tərkibində kokos yağı olan kosmetik məhsullarda diqqətli olmalısınız - yağ komedogen təsir göstərir və yeni iltihablara səbəb ola bilər.

Dəriyə qulluqda kokos yağı yaxşı effekt göstərir: mükəmməl şəkildə dərini qidalandırır, nəmləndirir, quruluqdan qoruyur və qabıq verməsinin qarşısını alır. Xüsusilə mütəxəssislər dirsəklər və ayaqlar kimi ən quru nahiyələr üçün kokos kremini tövsiyə edirlər: yağ çox quru dərini belə intensiv şəkildə bəsləyir və mükəmməl yumşaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2991
avatar

Oxşar yazılar