Şəmkirdə sürücü yatdı,  ağır qəza oldu
05 avqust 2026 09:59 (UTC +04:00)

Şəmkirdə sürücü yatdı, ağır qəza oldu

0

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"DAF" markalı sement daşıyan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb.

Qəza nəticəsində, "DAF" markalı avtomobil deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib. Ərazidə baş verə biləcək yağın hadisənin qarşısını almaq məqsədilə tədbirlər görülüb.

Avtomobilin betona çırpılması zamanı sürücü 62 yaşlı S.Verdiyev xəsarət alıb.Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə "DAF"markalı avtomobilin sürücüsünün sükan arxasında yatması olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar