Gecələr üzə çəkin, ləkələr yox olacaq
08 aprel 2024 03:10 (UTC +04:00)

Gecələr üzə çəkin, ləkələr yox olacaq

Günəşin təsirdən əmələ gələn ləkələr dəridə melanin adlı piqment istehsalının artması nəticəsində yaranır.

Lent.az xəbər verir ki, melanin dərinin təbii qoruyucu mexanizmidir və ultrabənövşəyi şüalara məruz qaldıqda artaraq dərinin qaralmasına səbəb olur.

Ancaq bəzən melanin istehsalı qeyri-müntəzəm ola bilər və dəridə tünd ləkələr görünə bilər.

Günəş ləkələrindən ən tez necə qurtulmaq olar? Dəridəki qəhvəyi ləkələri necə çıxarmaq olar? 

Alma sirkəsi dərinin pH (turşuluq) balansını tənzimləməyə və ləkələrin görünüşünü azaltmağa kömək edə bilər.

Alma sirkəsini pambıq çubuqla ləkələrə çəkin, bir neçə dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Bununla belə, alma sirkəsi də dərini həssaslaşdıra bilər ona görə də ehtiyatla istifadə edilməlidir.

Günəş ləkələrini azaltmaq üçün müntəzəm olaraq günəş kremindən istifadə etmək də vacibdir. Bundan əlavə dəriyə qulluqda balanslaşdırılmış pəhriz, bol su içmək və müntəzəm məşq də ləkələri azaltmağa kömək edə bilər.

# 28500
avatar

Oxşar yazılar