Elektron siqaretin növbəti təhlükələri  AÇIQLANDI
20 may 2021 03:14 (UTC +04:00)

Elektron siqaretin növbəti təhlükələri AÇIQLANDI

Elektron siqaretlərin növbəti mənfi təsiri məlum olub.
 
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, elektron siqaret həvəskarlarının tez-tez tənəffüs problemlərindən əziyyət çəkdikləri ortaya çıxıb. Eyni zamanda, nəfəs darlığı yalnız yaşlılarda deyil, həm də gənc siqaret çəkənlərdə olur. Bu qənaətə Cənubi Karolina Universitetinin əməkdaşları gəliblər.

Mütəxəssislər 3 minə yaxın respondentlə sorğu aparıblar. Könüllülərə elektron siqaret çəkmə tezliyi və sağlamlıq problemləri barədə suallar verilib.

Sorğunun nəticələrini təhlil etdikdən sonra alimlər təhlükəli nəticələrin təzahürü üçün bir ay ərzində elektron siqaret çəkməyin kifayət etdiyini aşkar ediblər.

Pis vərdişi olan bir çox tədqiqat iştirakçısı aşağıdakı əlamətlərdən şikayətlənib:

* təngnəfəslik;

* xırıldama;

* bronxial astmanın kəskinləşməsi.

Alimlərin fikrincə, elektron siqaretlərin insan sağlamlığına təsiri hələ tam öyrənilməyib.

Nəticələrinin nə olduğunu öyrənmək üçün daha çox araşdırmaya ehtiyac var. Bu ehtiyac elektron siqaret çəkməyin gənclər arasında getdikcə populyarlaşması ilə izah olunur.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3288
avatar

Oxşar yazılar