Ədviyyatlı yeməyin  bilmədiyimiz   FAYDALARI
24 iyun 2023 19:59 (UTC +04:00)

Ədviyyatlı yeməyin bilmədiyimiz FAYDALARI

İdman mütəxəssisi Aleksandra Çistyakova ədviyyatlı yeməyin bilinməyən faydalarını açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssis bildirir ki, acı bibər iştahı azaldır və arıqlamağa kömək edir

Onun sözlərinə görə, acı bibər, daha dəqiq desək, onun tərkibindəki kapsaisin aclıq hormonunun səviyyəsini azaldır və arıqlamağa kömək edir:

“Kapsaisin alkaloidi müxtəlif növ bibərdə olur, bibəri dişlədikcə ağrı reseptorlarını sıradan çıxarır və beyin ağrı siqnallarını qəbul etməyi dayandırır. Kapsaisin selikli qişada bakteriyaların çoxalmasına mane olur.

Yanma selik ifrazının artmasına səbəb olur, yəni dolayı yolla həzmi təşviq edir. Kapsaisin tez-tez idman qida əlavələrində istifadə olunur. Bu da dolayı yolla maddələr mübadiləsini sürətləndirə və kilo verməyə kömək edə bilər. Bundan əlavə kapsaisin aclıq hormonu olan qrelini azaltmağa kömək edir, pis xolesterini və damarların genişlənməsi səbəbindən qan təzyiqini aşağı salır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2085
avatar

Arzu Qurbanlı

Oxşar yazılar