Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Qebreyesus dünyada yeni bir ölümcül virusun ortaya çıxacağının proqnozlaşdırıldığı haqda xəbərdarlıq edib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ekspert bəşəriyyətin qlobal bir epidemiya ilə son dəfə qarşılaşmadığını da qeyd edib.
“Təkamül hesablamalarına görə, mövcud virusdan daha çox yoluxucu və daha ölümcül olan yeni bir virus ortaya çıxacaq”, - Qebreyesus vurğulayıb.