Dünyada koronavirüsdən ölənlərin real sayı altı ilə səkkiz milyon arasında dəyişə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı baş direktorunun köməkçisi Samira Asma açıqlama verib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci il yanvarın 30-dan dekabrın 31-dək koronavirusdan 1 813 188 ölüm halı qeydə alınıb.
Bununla birlikdə, ilkin hesablamalar belə, son bir ildə virusdan ölənlərin ümumi sayının ən azı üç milyon olduğunu göstərir.
Koronavirusun birbaşa ölüm səbəbi olmadığı, əksinə ona təsir etdiyi də vurğulanır.
Daha əvvəl ÜST COVID-19-un təsirlərinin vəba və çiçək xəstəliyinin təsirlərinə bənzəməyəcəyini söyləyərək, alimlərin virusun orqanizmə və xroniki xəstəliklərin ağırlaşmasına təsirini araşdırmağa davam etdiyini söyləmişdi.