DİQQƏT!  Pəhriz əlavələri təhlükəli xəstəliklərə səbəb olur 
22 dekabr 2023 20:18 (UTC +04:00)

DİQQƏT! Pəhriz əlavələri təhlükəli xəstəliklərə səbəb olur 

Alimlər pəhriz əlavələrinin bilmədiyimiz zərərlərini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, bu cür dərmanların populyarlığına baxmayaraq, qanaxmadan böyrək çatışmazlığına qədər ciddi xəstəliklərə səbəb ola bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, çox tərkibli əlavələrin istehlak miqdarı artdıqca yan təsirlərin riskini artırır. Əlavələr reseptlə verilən dərmanlardan onunla fərqlənir ki, onlar daha az ciddi şəkildə tənzimlənir. Bu o deməkdir ki, etiketdə qeyd olunan inqrediyentlər əvəzinə əlavələrdə gözlənilməz maddələr ola bilər ki, bu da sağlamlıq risklərini artırır.

Həddindən artıq miqdarda pəhriz əlavələrinin qəbulu da ciddi nəticələrə səbəb olur. Məsələn, həddindən artıq maqnezium əzələ zəifliyinə, həddindən artıq omeqa-3 isə diş ətinin qanamasına və mədə problemlərinə səbəb ola bilər. Həddindən artıq dozada qəbul edilərsə, orqanlarda kalsium yığılmasına və böyrək çatışmazlığına səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3390
avatar

Arzu Qurbanlı

Oxşar yazılar