Alimlər yaşlanmanı yavaşladan vərdişləri açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlamlıq və zehni aydınlıq qocalıqda bir çox insanın məqsədidir.
Bir qrup insan var ki, onların yaşı 80-dən yuxarıdır, lakin eyni zamanda 50 yaşla müqayisə oluna biləcək yaddaş qabiliyyətini saxlayır.
Bu termin Şimal-Qərb Universitetinin tədqiqatçıları tərəfindən irəli sürülüb. Onların araşdırma məqaləsində qeyd olunur ki, bu şəxslərin beyni daha gənc fərdlərin beyinlərinə bənzəyir.
Qocalıqda idrak və fiziki funksiyaları gücləndirmək üçün bir sıra müsbət vərdişlər var. İlk növbədə, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə olunur.