Depressiyadan əziyyət çəkirsiniz? - Kəndə getməyin vaxtıdır
10 fevral 2024 14:27 (UTC +04:00)

Depressiyadan əziyyət çəkirsiniz? - Kəndə getməyin vaxtıdır

ABŞ-ın Pensilvaniya Universitetinin alimləri inkişaf etmiş ölkələrin şəhərlərinin sakinləri kənd sakinlərindən 1,37 dəfə çox depressiyadan əziyyət çəkdiyini müəyyən ediblər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, belə ölkələrin siyahısına ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Fransa və Yaponiya daxildir. 

Araşdırmalara görə, kəndlərdə insanlar mütəxəssislərə daha az müraciət edirlər və buna görə də kənddə depressiya diaqnozu qoyulan insan demək olar ki, yoxdur.

Şəhərdə insanlar daha çox sosial bərabərsizlik, iqtisadi etibarsızlıq, pis ətraf mühitlə rastlaşırlar.

Qeyd etmək lazımdır ki, şəhər sakinləri daha çox tərkibində dadlandırıcılar olan zərərli məhsullara istehlak edirlər. Bu kimi qidalar və içkilər insanlarda piylənmə, hormonal balanssızlıq, yuxusuzluq, depressiya, retinal vazospazm və görmə pozğunluğu yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4944
avatar

Arzu Qurbanlı

Oxşar yazılar