COVID-19 xəstələrinə  bu dərmanlar   lazımdırmı?
24 dekabr 2021 14:59 (UTC +04:00)

COVID-19 xəstələrinə bu dərmanlar lazımdırmı?

COVID-19-a yoluxan xəstələr antikoagulyantlar (qan laxtalanma müddətini uzadan dərmanlardır) lazımdırmı? Bu dərmanları qəbul etmək üçün göstərişləri olan xəstələrin xəstəxanaya yerləşdirmə və ölüm riski azala bilərmi?

Lent.az xarici mediaya istinadla bildirir ki, yeni araşdırma ilə bu sullara “bəli” cavabı alınıb.
 
COVID-19-u ağır keçirən xəstələrdə damarlarda və ya arteriyalarda qan laxtalanması meydana gəlməsinin çox yüksək riski var.

Ancaq antikoagulyantların qəbulu təhlükəli qanaxma riskini artırır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, digər əksər təşkilatların təlimatlarda həkim məslədi və müşahidələri olmadan ambulator müalicə üçün istifadə edilməməsi tövsiyə edilmir.

Minnesota Universiteti Tibb fakültəsinin tədqiqatçıları, koronavirusa yoluxmadan əvvəl antikoagulyantların müntəzəm olaraq qəbul edilməsinin, bu dərmanlara ehtiyacı olan xəstələrdə əlamətlərə görə sağalma şansını artırıb-artırmadığını öyrənmək qərarına gəliblər. Bunlar yaşlı insanlar, infarkt və ya iflic keçirənlər, bədxassəli şişləri olanlar, trombofiliya, hormon əvəzedici terapiya qəbul edənlər və digərləri olublar.

Elm adamları, 6200-ə yaxın yaşlı xəstənin COVID-19 məlumatlarını təhlil edərək, antikoaqulyantların ambulator şəraitdə istifadəsinin xəstəxanaya yerləşdirmə riskini 43 faiz azaltdığını müəyyənləşdiriblər. Xəstəxanaya düşmək ehtimalı hətta xəstəxanada müalicə tələb olunan digər tədqiqat iştirakçıları ilə müqayisədə yaşlı və xroniki xəstəlikləri olan xəstələrdə də azalıb.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1635
avatar

Oxşar yazılar