Məhərrəmlikdə mahnıya görə  uşaqları xəncərlə  hədələdi, həbs olundu
05 avqust 2026 18:11 (UTC +04:00)

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

0

Samuxda küçədə söyüş söyən həbs edilib.

Lent.az xəbər verir ki, hadisə gecə saat 1 radələrində Qaraağaclı kəndində qeydə alınıb.

24 yaşlı kənd sakini Samir Fərəcov (şərti adla) xəncərlə küçəyə çıxaraq, uşaqları hədələyib və uca səslə nalayiq ifadələr işlədib. Çağırış üzrə əraziyə gələn polis əməkdaşları Samiri nizam-intizama dəvət etsələr də, o, buna məhəl qoymayıb və hərəkətlərinə davam edib.

Etdiyi əməllərə görə Samir Fərəcov saxlanılıb və barəsində inzibati protokollar tərtib olunub.

Törətdiyi əməli etiraf edən S. Fərəcov ifadəsində bildirib ki, evinin qarşısında tanımadığı şəxslərin avtomobildə yüksək səslə mahnı qoşduqlarını eşidib. Bu zaman o, küçəyə çıxaraq, həmin şəxslərə "Məhərrəm" ayı olduğunu bildirib və mahnının səsini aşağı salmalarını tələb edib. Daha sonra isə əsəbiləşərək, məlum əməli törədib.

Samir baş vermiş hadisəyə görə əməlindən peşman olduğunu bildirib və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Samir Fərəcov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar