Xolesterin səviyyəsini bir neçə gün ərzində aşağı salan yağın adı açıqlanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırmalara görə, pambıq yağı pis xolesterinin səviyyəsini cəmi beş gün ərzində azaldır.
Alimlər deyirlər ki, pambıq yağı limit səviyyəsinə müsbət təsir edir. Təcrübələrində 18-45 yaş arasında olan subyektlər beş gün ərzində qidalarına pambıq yağı əlavə ediblər.
Tədqiqatın nəticələri göstərir ki, pambıq yağı aşağı sıxlıqlı lipoproteinlərin (pis xolesterin) səviyyəsini 15%, ümumi xolesterini 8%, trigliseridlərin səviyyəsini isə 30% azaldır.
Tədqiqat müəllifləri iddia edirlər ki, pambıq toxumu yağının tərkibində dihidrosterkulat turşusu var ki, bu turşu orqanizmi trigliseridlərin yığılmasından qoruyur və bununla da ürək xəstəlikləri riskinin qarşısını alır.
Pambıq yağının tərkibində B, E, PP vitaminləri, monodoymamış və doymuş yağ turşuları, həmçinin tokoferollar da var. Bu unikal kompozisiya məhsulu çox sağlam edir. Yağ həm də antiinflamatuar və antihistamin təsirlərə malikdir, immunitet sisteminə faydalı təsir göstərir.