Bu vərdişlər ürəyə  pis təsir edir
22 noyabr 2023 10:06 (UTC +04:00)

Bu vərdişlər ürəyə pis təsir edir

Həkimlər ürəyin fəaliyyətinə pis təsir edən vərdişləri açıqlayıb.

Lent.az xarici mətbuqata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm gecə istirahətinin olmaması ürəyin fəaliyyətinə pis təsir göstərir. Alimlər bunun sonradan ateroskleroza səbəb ola biləcəyinə inanırlar. 

Aparılan araşdırmalar sayəsində elm adamları nizamsız yuxu müddəti olan insanlarda ateroskleroz (damarların divarlarında lövhələrin əmələ gəlməsi) inkişaf riskinin daha yüksək olduğunu müəyyən edə biliblər. Bu xəstəlik damarların daralması, orqanlara qan, qida və oksigenin zəif axını ilə müşayiət olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4995
avatar

Arzu Qurbanlı

Oxşar yazılar