Bu spirtli içki  sağlamlıq üçün faydalıdır
12 dekabr 2023 10:38 (UTC +04:00)

Bu spirtli içki sağlamlıq üçün faydalıdır

Mütəxəssislər spirtli içkinin sağlamlıq üçün faydalı olduğunu sübut ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırmalara görə, cin kokteyllərinin vaxtaşırı orta səviyyədə istehlakı təhlükəsiz və hətta faydalı ola bilər.

Tərkibi giləmeyvədən ibarət olan bu içki antioksidantların və qida maddələrinin çoxluğuna görə “superfood” sayılır. Giləmeyvələrin tərkibindəki antioksidantlar dərinin sağlamlığını yaxşılaşdırmağa kömək edir, xərçəng və ürək kimi xroniki xəstəliklərdən qorunmağa kömək edə bilər. Kokteylin tərkibindəki antioksidantlar qocalma prosesini yavaşladmağa kömək edə bilər və potensial olaraq ömrü uzadan antiinflamatuar xüsusiyyətlərə malikdir. 

Tez-tez yeməkdən əvvəl istehlak edilən bu içki, həzm sistemini yemək üçün hazırlamağa kömək edən bir içki hesab olunur. Bu kokteyl ümumiyyətlə karbohidrat ehtiva etmir, bu da şəkərli diabetli insanlar üçün məqbul bir içkidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7467
avatar

Arzu Qurbanlı

Oxşar yazılar