Bu qidalar  soyuq   yeyilməməlidir – Sağlam qidalanmanın sirləri
21 fevral 2024 15:12 (UTC +04:00)

Bu qidalar soyuq yeyilməməlidir – Sağlam qidalanmanın sirləri

Bişmiş qidalar haqqında çox məlumatlar var. Elə yeməklər var ki, onlar soyuduqda zərərli hala çevrilir. 

Lent.az xəbər verir ki, bununla bağlı mütəxəssislər araşdırma aparıb. 

Onların gəldiyi nəticəyə görə, isti yemək daha sağlamdır. Belə ki, bəzi qidalar sadəcə isti istehlak edilməlidir.

Bunlardan birincisi, yüksək proteinli qidalardır (yumurta, ət, balıq).

İsti proteinli qidalar daha yaxşı həzm olunur, soyuq qidalar isə tam sovrulmur və həzm problemlərinə gətirib çıxarır.

İkincisi, bunlar bitki yağında bişmiş qida məhsullarıdır. Fakt budur ki, soyudulmuş qidalarda yağlar parçalanmır. Bu da narahatlıq hissi yaradır və qaraciyərdə əlavə yük yaradır. 

Üçüncüsü isə qırmızı ətdir. Onu soyuq halda yemək həzmi çətinləşdirir.

Dördüncüsü isə şorbalardır. Bu yeməkləri də soyuq formada yemək həzmi pisləşdirir. 

Ancaq buna baxmayaraq bəzi qidalar var ki, onların soyuq halda yeyilməsi tövsiyə edilir. Məsələn, bişmiş kələm, ciyər, çörəkli balıq, qaban əti və s. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4509
avatar

Sevinc Fərid

Oxşar yazılar