Bu meyvə  xərçəngin   qarşısını alır
22 noyabr 2023 14:19 (UTC +04:00)

Bu meyvə xərçəngin qarşısını alır

Alimlər xərçəngin qarşısını alan meyvəni açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, xüsusilə payızda C vitamini ilə zəngin olan portağal istehlak edilməlidir. 

Portağal xolesterol səviyyəsini yaxşılaşdırır.

Portağalda olan C vitamini məşqdən sonra əzələ ağrısını azaltmağa kömək edə bilər. Həmçinin portağalda olan limon turşusu bəzi xərçəng növlərinə qarşı profilaktik təsir göstərir. Tədqiqat limon turşusunun yüksək konsentrasiyalarında xərçəngi hüceyrələrinin yayılmasının azaldığını göstərir.

Bundan əlavə, portağal həzm prosesini normallaşdırmağa kömək edən liflə zəngindir. Tədqiqatlar göstərir ki, portağal yemək qəbizlik əlamətlərini aradan qaldıra bilər.

13,421 iştirakçının iştirak etdiyi 11 illik araşdırma, portağalda olan C vitamini qəbulunun artmasının ürək-damar xəstəlikləri və bununla bağlı ölüm riskinin azalması ilə əlaqəli olduğunu göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 42975
avatar

Arzu Qurbanlı

Oxşar yazılar