Bu dərman COVID-ə yoluxan  minlərlə adamı   öldürdü: Azərbaycanda da  istifadə   olunub
09 yanvar 2024 14:40 (UTC +04:00)

Bu dərman COVID-ə yoluxan minlərlə adamı öldürdü: Azərbaycanda da istifadə olunub

Malyariya əleyhinə dərman hidroksixloroxin, COVID-19 pandemiyasının ilk dalğası zamanı altı ölkədə təxminən 17 000 ölümə səbəb ola bilər.

Lent.az bildirir ki, bu barədə “Euronews” xəbər verir.

Bu aktiv maddə pandemiya zamanı məşhur fransız mikrobioloqu Didye Raulun da olduğu bəzi sağlamlıq mütəxəssisləri (açıq-aydın azlıq olsa da) tərəfindən möcüzəvi müalicə kimi təqdim edilib.

Alimin dərmanın COVID-19 üçün dərman olduğuna dair inamını tezliklə bəzi siyasətçilər dəstəkləyib. Fransa prezidenti Emmanuel Makron onun mərkəzini xüsusilə ziyarət edib və ABŞ prezidenti Donald Tramp dərmanı 2020-ci ildə tövsiyə edərək, artıq qəbul etdiyini söyləyib.

Dərmanın istifadəsi mübahisələrə səbəb olub, çünki bir çox səhiyyə mütəxəssisi COVID-19-a qarşı effektivliyinə dair araşdırma və elmi dəlil olmadığını qeyd edib.

ABŞ-ın Qida və dərmanların keyfiyyətinə nəzarət idarəsi (FDA) 2020-ci ilin mart ayında hidroksixloroxin  (HCQ) üçün təcili istifadə icazəsi verib, lakin iyun ayında onu geri götürüb.

Xüsusilə, dərmanın ürək ritminin pozulması kimi ciddi yan təsirlərə səbəb olduğu təsbit edilib.

Hidroksixloroxinin səbəb olduğu təxminən 17 min ölüm

“Biomedicine & Pharmacotherapy” jurnalında dərc edilən yeni bir araşdırma indi dərmanın təyanatdan kənar istifadəsinin nəticələrini qiymətləndirir.

Lyon (Fransa) xəstəxana sisteminin daxili xəstəliklər professoru Jan-Kristof Leqanın rəhbərlik etdiyi tədqiqatçılar 2020-ci ilin martından 2020-ci ilin iyuluna qədər Fransa, ABŞ, Belçika, İtaliya, İspaniya və Türkiyədə aparılan tədqiqatların nəticələrini araşdırıblar.

"HCQ-nin istifadəsi randomizə edilmiş tədqiqatların meta-analizində ölümlərin 11 faiz artması ilə əlaqələndirilib" qeyd edilən tədqiqat, 2021-ci ildə “Nature” jurnalında dərc olunan meta-analizə istinad edərək tədqiqatçıların dərmanın səbəb olduğu ölüm sayını hesablamaq üçün istifadə etdiklərini qeyd edib.

Avropa ölkələrində artıq ölümlərin sayının Belçikada təxminən 240, Fransada 199, İtaliyada 1822 və İspaniyada 1895 olduğu təxmin edilir.

"Nəzərə almalıyıq ki, bu, kobud bir təxmindir, çünki bu, qısa müddət ərzində yalnız bir neçə ölkəni əhatə edir və ölümlərin ümumi sayı, ehtimal ki, daha yüksəkdir", - Leqa Fransanın “France 3” televiziya şirkətinə deyib. 
Alınan nəticələrə ehtiyatla yanaşmaq lazımdır, çünki bu statistik təhlildir. Tədqiqatın məhdudiyyətlərindən biri Fransa, Türkiyə və Belçikada, xüsusən də dərmana məruz qalma məlumatlarının natamam olmasıdır.

Bununla belə, tədqiqatçılar deyirlər: "Bu nəticə gələcək pandemiyalar zamanı reseptlərə girişin sərt tənzimlənməsinin lehinə sübutdur".

Məsələ ilə bağlı tanınmış həkim Adil Qeybulla Lent.az-a bildirib ki, ümumiyyətlə, COVİD-19-un peyvənddən başqa spesifik bir müalicəsi yoxdur. 

Onun sözlərinə görə, bu baxımdan Azərbaycanda koronavirusun kəskin yayıldığı dövrlərdə müxtəlif dərmanlardan istifadə olunub:

“Deksametazondan, antibiotiklərdən geniş istifadə tam yanlış idi. Əlbəttə ki, koronavirusun yayıldığı ilk vaxtlarda malyariya əleyhinə dərmanlardan da istifadə olunub. Koronavirus pandemiyasından sonra insanlar özbaşına müalicə olurdular.

Müxtəlif antibiotiklər, dərmanlardan istifadə edirdilər. Bu cür dərmanların içərisində malyariya əleyhinə olan hidroksixloroxin də vardı. Qeyd etdiyim kimi, koronavirusun spesifik müalicəsi olmadığından bu dərmanların heç biri konkret bir kliniki protokola aid deyil.

Koronavirusun yeganə düzgün müalicəsi xəstəxanalarda aparılıb. Təcrübə də göstərdi ki, bütün bunların hamısı mənasızdır”.

# 4551
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Orqanizmə  faydalı olan   içkilər

Orqanizmə faydalı olan içkilər

29 fevral 2024 , 16:09
Böyrəklərdə daş əmələ gəlməsinin  ƏSAS SƏBƏBLƏR

Böyrəklərdə daş əmələ gəlməsinin ƏSAS SƏBƏBLƏR

29 fevral 2024 , 13:09
 Ağız qoxusunun   yaranma SƏBƏBİ

Ağız qoxusunun yaranma SƏBƏBİ

29 fevral 2024 , 11:24
Arıqlamaq üçün yumurtanı necə yemək lazımdır?

Arıqlamaq üçün yumurtanı necə yemək lazımdır?

29 fevral 2024 , 10:30
Ən sağlam hesab olunan  bal növü

Ən sağlam hesab olunan bal növü

29 fevral 2024 , 09:36
Ürək və beyin üçün diş sağlamlığına diqqət edilməlidir – Professor məsləhəti

Ürək və beyin üçün diş sağlamlığına diqqət edilməlidir – Professor məsləhəti

29 fevral 2024 , 05:58
Unutqanlıq yüksək intellektin əlamətidir

Unutqanlıq yüksək intellektin əlamətidir

29 fevral 2024 , 04:21
Yuxuya getmək üçün ideal vaxt

Yuxuya getmək üçün ideal vaxt

29 fevral 2024 , 02:11