Beynin alkoqoldan sağalması üçün nə qədər vaxt lazımdır?
20 noyabr 2023 10:17 (UTC +04:00)

Beynin alkoqoldan sağalması üçün nə qədər vaxt lazımdır?

Mütəxəssislər beynin itirilmiş hüceyrələri nə qədər tez bərpa edə biləcəyini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Stanford Universitetinin alimlərinin araşdırmasına görə, insan beyni alkoqol qəbulu nəticəsində yaranan zədələri tam bərpa edib sağaltmağa qadirdir. Lakin bunun üçün vaxt lazımdır. Xroniki alkoqol istifadəsi nəticəsində beyin strukturunda və funksiyasında baş verən dəyişikliklər spirt içməyi dayandırmağı çətinləşdirə bilər.

Tədqiqatçılar 7,3 ay ərzində alkoqoldan istifadə pozğunluğu (AUD) olan insanlarda spirtdən imtinanı araşdırıblar. MRT-dən istifadə edərək, 34 beyin bölgəsində kortikal qalınlığı ölçülüb. Nəticədə məlum olub ki, 7,3 aydan sonra 34 sahədən 25-də qabığın qalınlığı bərpa edilib.

Həmçinin müəyyən edilib ki, alkoqoldan imtinanın ilk ayı prefrontal korteksin bərpasının ən aktiv dövrüdür və sonra bu proses ləngiyir və növbəti 6 ay ərzində davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3621
avatar

Arzu Qurbanlı

Oxşar yazılar