Bağırsaq mikrobları  xərçəngdən xilas edir
15 mart 2024 14:33 (UTC +04:00)

Bağırsaq mikrobları xərçəngdən xilas edir

Rusiyalı alimlər bağırsaq mikroblarının xərçəngdən qurtulma şansını artıra biləcəyini müəyyən ediblər. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bağırsaq mikroblarının müxtəlifliyi xərçəng müalicəsinin effektivliyini artırır. 

“Bizim gəldiyimiz əsas nəticə odur ki, insanın bağırsaq mikrobiotası nə qədər zəngin olarsa (yəni orqanizm üçün nə qədər müxtəlif metabolitlər və funksional elementlər əmələ gətirir), müalicə də bir o qədər effektiv olar”, - deyə tədqiqatın müəlliflərindən biri bildirib.

İmmunoterapevtik preparatlar insan immun sistemi tərəfindən xərçəng hüceyrələrinin məhv edilməsini stimullaşdırır. Bu üsul dəri və selikli qişaların xərçəng növü olan melanomanın müalicəsində də istifadə olunur. Bağırsaq mikrobiotasının melanoma üçün immunoterapiyanın uğuruna necə təsir etdiyini öyrənmək üçün ITMO alimləri müxtəlif tədqiqatların müəllifləri tərəfindən toplanmış insan mikrobiotasının 680 nümunəsi üzrə məlumatları təhlil ediblər.

Alimlər mikrobların genetik analizindən istifadə edərək nümunələrdə hansı bakteriyaların olduğunu və onların insan orqanizmində hansı funksiyaları yerinə yetirdiyini müəyyən ediblər. Müəlliflər daha sonra müalicəyə başqalarından daha yaxşı cavab verən insanların mikrobiomlarını müqayisə ediblər. Bu, bakteriyaların tərkibinin immunoterapiyanın effektivliyinə necə təsir etdiyini öyrənməyə imkan verib.

Nəticələr həkimlərə mikrobiota nümunələri əsasında insanın müalicəyə reaksiyasını proqnozlaşdırmağa kömək edəcək. Bundan əlavə, immunoterapiyaya başlamazdan əvvəl, bir şəxs mikrobiomun tərkibini dəyişdirmək üçün gələcəkdə probiyotiklər və ya pəhriz dəyişiklikləri təyin edilə bilər.

Tədqiqatın növbəti mərhələsi siçanlarda aşkar edilmiş asılılıqların sınaqdan keçirilməsidir. 
 

# 3465
avatar

Sevinc Fərid

Oxşar yazılar