Badamın  sağlamlığa faydaları   nələrdir?
02 yanvar 2023 14:49 (UTC +04:00)

Badamın sağlamlığa faydaları nələrdir?

Badam sağlamlıq üçün faydalıdır, bu, son iki araşdırma nəticəsində müəyyən edilib.

Lent.az xəbər verir ki, “American Journal of Clinical Nutrition” jurnalında dərc olunan məqaləyə görə, o, qan damarlarına faydalı təsir göstərir.

Tədqiqat göstərib ki, peçenye və çips kimi məşhur qəlyanaltıları badamla əvəz edən insanlar damar sağlamlığının göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Tədqiqat altı həftə davam edib, iştirakçılar iki qrupa bölünüb, badam və ya oxşar kalorili başqa bir qəlyanaltı qəbul ediblər. Tədqiqatın əvvəlində onların ürək-damar xəstəliyi riski orta səviyyədən bir qədər yuxarı olub.

Tədqiqatın sonunda badam qəbul edənlərdə qanda aşağı sıxlıqlı lipoproteinin (“pis xolesterin”) səviyyəsi aşağı düşüb və damar sağlamlığının mühüm göstəricisi olan damarların endotel (daxili astar) funksiyası yaxşılaşıb. Alimlər standart qəlyanaltıların badamla əvəz edilməsinin ürək-damar riskini 32 faiz azaltmaq potensialına malik olduğunu müəyyən ediblər. Eyni zamanda insan badamdan 20 faiz kalori almalıdır.

“European Journal of Nutrition”da dərc edilən ikinci bir araşdırma, İngiltərədə badam yeyənlərin, yeməyənlərə nisbətən daha kiçik bir bel ətrafına və daha aşağı bədən kütlə indeksinə sahib olduğunu göstərib.

Araşdırmada Britaniya alimləri 6800 yaşlı insanın 4 günlük qida gündəliklərini təhlil ediblər. Məlum olub ki, daha çox badam yeyən insanlar daha sağlam qidalanırlar, məsələn, daha çox protein, C vitamini və kalium alırlar. Digər tərəfdən, onlar daha az natrium (duz), karbohidratlar və şəkər istehlak ediblər.

Badam yeyənlərin bel ətrafı orta hesabla 2,1 santimetr, bədən kütlə indeksi isə badam yeməyənlərdən 8 santimetr az olub.

“Badam kimi bütün qoz-fındıqların istehlakı sağlam pəhrizin vacib hissəsidir. Böyük Britaniya əhalisi üzərində apardığımız araşdırma göstərir ki, böyüklər onlardan az yeyirlər. Ancaq rasionunda badam haqqında məlumat verənlərin ümumi olaraq sağlam bir pəhriz yeməyə və daha az bədən yağına sahib olma ehtimalı daha yüksəkdir”, - hər iki araşdırmanın həmmüəllifi, London Kral Kollecinin doktoru Vendi Holl deyib.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2598
avatar

Oxşar yazılar