30 yaşlı kişi beynindəki parazitin qurbanı olub.
Lent.az xarici mediyaya istinadən bildirir ki, hadisə Pakistanda olub. 30 yaşlı Mustafa Şəfik Fouler cinsindən olan amöbaya yoluxaraq ölüb.
Kişi üç gün əvvəl qripə bənzər əlamətlər, yüksək hərarət və baş ağrısı ilə xəstəxanaya aparılıb. Yerli laboratoriya “beyin yeyən” amöba kimi tanınan "Naegleria fowleri"nin varlığını təsdiqləyib.
Bu parazit bədənə burundan daxil olur. Belə hallar, adətən üzgüçülük və ya başınızı şirin suya, məsələn, göllərdə və çaylarda batırarkən baş verir.
Məlumat üçün bildirək ki, son on il ərzində ABŞ-da 31 belə yoluxma halı qeydə alınıb.
Statistikaya əsasən, 1962-ci ildən 2021-ci ilə qədər 154 nəfər yoluxub, onlardan yalnız dördü sağ qalıb. Pakistanda isə bu ilk yoluxma olub.