Hansı rəngli məhsullar bizi daha xoşbəxt edir?
30 dekabr 2020 19:17 (UTC +04:00)

Hansı rəngli məhsullar bizi daha xoşbəxt edir?

Britaniyanın Green & Black’s Organic test mərkəzinin testlərini əsas götürməklə inamla demək olar ki, qırmızı rəngli məhsullar bizə ən böyük zövq verir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, pomidor, iri ətli bolqar bibəri, nar, albalı, çiyələk, moruq, quşüzümü, mal əti, dana əti və qırmızı balıq – bunların hamısı qavrayışımıza fəal şəkildə təsir edir və əhval-ruhiyyəmizi artırır.

Beləliklə, araşdırmada iştirak edən ingilislərin ən azı 75 faizi belə düşünür.

İkinci və üçüncü yerləri yaşıl və narıncı məhsullar bölüşür.

Qəhvəyi məhsullar onlardan bir qədər geri qalır (şokolad və çay).

Psixoloq Krist Ferqyüssonun sözlərinə görə, qırmızı rəng yaxınlıq, ehtiras, enerji və seksuallıq hissi ilə əlaqələndirilir.

Bu səbəbdən qırmızı qidalar daima iştahanın artmasına səbəb olur və bu da xoşbəxtlik hormonlarını - endorfinləri işə salır.

Yaşıl rəng təbiətin gözəlliyini simvollaşdırır və sağlamlıq hissi ilə əlaqələndirilir. Bədənə sakitləşdirici təsir göstərir. Narıncı isə istiliyi, şənliyi və motivasiyanı təmsil edir.

# 1638
avatar

Oxşar yazılar