Əgər şirin bir şey istədiyinizdə "Elə bir çıtırtılı nəsə olsa da yesəm" deyirsinizsə, bu resept tam sizlikdir. Üstəlik, istifadə olunan məhsullar sadədir və hazırlanması düşündüyünüzdən də asandır.
Lent.az bu resepti sizə təqdim edir:
Görünüşü ilə göz oxşayan, dadı ilə şirinlik istəyinizə dərman kimi gələcək bu reseptdə qəhvə ətri, ərimiş şokolad və layların verdiyi ləzzət bir aradadır.
Lazım olan məhsullar
Xəmir üçün:
1 çay stəkanı isti süd (125 ml)
1 xörək qaşığı qranul qəhvə
2 xörək qaşığı toz şəkər
Yarım stəkan un
İçlik üçün:
100 ml duru krem (şirin krem)
50 qr südlü şokolad
50 qr tünd (bitter) şokolad
Hazırlanması
Xəmiri hazırlayın:
İsti südü qaba tökün, üzərinə qranul qəhvəni əlavə edib yaxşıca qarışdırın. Ardınca toz şəkəri əlavə edib qarışdırmağa davam edin ki, tam əriyib şirin bir süd alınsın. Ən sonda unu az-az əlavə edin və eyni anda çırpın ki, topaqlar əmələ gəlməsin. Hazır xəmiri kənara qoyun.
İçliyi hazırlayın:
Duru kremanı kiçik bir qazanda ocağa qoyun və azca qızdırın. Üzərinə kiçik parçalara bölünmüş südlü və tünd şokoladları əlavə edin. Qarışdıraraq əridin. Sonra ocağı söndürün və içliyi soyumağa qoyun.
Xəmiri bişirin:
Hazırladığınız xəmirdən tavaya tökün (ince təbəqə şəklində) və orta odda bir üzünü bişirin. Sonra spatula ilə çevirin və digər üzünü də qızılı rəng alana qədər bişirin. Xəmir incə olduğu üçün tez bişir, diqqətli olun.
Ruloları hazırlayın:
Bişirdiyiniz hər xəmiri tavadan götürüb üzərinə bir qaşıq soyumuş şokoladlı içlikdən çəkin. Çox çəkməyin ki, sararkən axmasın. Sonra xəmirin bir ucundan başlayaraq rulon şəklində bükün. Bütün xəmir parçalarına eyni qaydanı tətbiq edin.