Dəmlənmiş çayın qurusunu atmayın,  ləzzətli keks   olurmuş
14 sentyabr 2023 17:33 (UTC +04:00)

Dəmlənmiş çayın qurusunu atmayın, ləzzətli keks olurmuş

Dəm çaynikinin dibində qalan qara çayın qurusunu atmayın. Ondan çox ləzzətli keks bişirmək olur.

Lent.az bu maraqlı resepti diqqətinizə çatdırır.

10 xörək qaşığı dəmlənmiş, yəni istifadə olunmuş çay qurusunu bir qaba töküb üzərinə 1 stəkan şəkər tozu, bir neçə qaşıq kakao əlavə edib, ocağın üstünə qoyun. Şəkər əriyib maye halına gəlincə ocağın üstündən götürün, 150 qram yağ , 3 yumurta, 1 stəkan un, vanil, qabartma tozu əlavə edib qarışdırın. Əldə edilmiş sıyıq xəmiri formaya töküb 180 dərəcə isidilmiş sobaya qoyun. Xəmirin üzərinə limon qabığı rəndələyin.

Sobadan çıxardıqdan sonra. hazır keksin üzərinə şərbət, likör və ya şəkər pudrası da tökə bilərsiniz. Nuş olsun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23124
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar