Xəcalətli düşməniniz olsun, biz elə bilirdik dostsunuz – AYB sədrinə CAVAB
05 fevral 2025 15:31 (UTC +04:00)

Xəcalətli düşməniniz olsun, biz elə bilirdik dostsunuz – AYB sədrinə CAVAB

Xalq yazıçısı Anarın Əlisa Nicatın başıbəlalı müsahibəsi barədə Moderator-a verdiyi açıqlamanı oxudum. Anar müəllimin burada ziyalı mövqeyilə deyil, Zaurun anasının Təhminə ilə danışdığı jarqonda çıxış etdiyini desəm, yəqin, qocaman yazıçımız məndən də utanıb xəcalət çəkməyimi tələb etməz.

"Saytdan narazıyam ki, belə adamlara meydan verir. Bu əxlaqı pozmaqdan başqa bir şey deyil. Çox təəssüf ki, ona meydan verənlər də Azərbaycan mədəniyyətinin əleyhinə işləyirlər. Utanın, xəcalət çəkin!" – bu ifadələri Anar müəllim açıqlamasında bildirib.

Hörmətli Anar müəllim! Müsahibə aldığımız üçün utanıb xəcalət çəkməyimizi istədiyiniz o "nanəcib" 1960-cı ildən bəri sizin də sədri olduğunuz Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hətta qurumunuz tərəfindən 1 il təqaüdə layiq görülüb. Bundan əlavə, Əlisa Nicata sualımız məhz Səməd Vurğunla bağlı deyil, repressiya qurbanları və ümumən, sovet ədəbiyyatı barədə olub. 

Utanıb xəcalət çəkməyə gəlincə, əmin olun ki, sizin vaxtilə Əkrəm Əylisliylə "atışmalarınızı" verən mətbuat orqanları da utanmalı deyildilər. AYB - AYO çəkişmələrini yayanlar da xəcalət çəkməməlidir. Gələcəkdə sizin haqqınızda da xeyli qalmaqallar ola bilər. Anar müəllim, həmin söz-söhbətləri yayacaq media orqanları da utanmayacaqlar. Utanmamalıdılar. Çünki məhz o müzakirələr sonrası sizə həqiqi tarixi qiymət veriləcək.

Utanın, xəcalət çəkin dediyiniz media orqanına bir nəzər saldınızmı? Ölkənin ilk internet qəzetindən söhbət gedir. Bu yaxınlarda 17 yaşı olacaq. Bu şoulaşan dünyamızda saytın mədəniyyət bölməsində gedən araşdırmaları, müsahibələri və şərhləri başqa yerdə elə asanlıqla tapa bilməzsiniz. İşimizi gördüyümüz, vəzifə borcumuzu yerinə yetirdiyimiz üçün utanmırıq Anar müəllim. O zaman utanardıq ki, müsahibin dediklərini gizlədərdik, ört-basdır edərdik. Hə, yadımdan çıxmamış deyim ki, ifadə azadlığı sözü var, Anar müəllim. 

İfadə və söz azadlığına əsasən, Əlisa Nicatın fikirlərini təhrif etmədən, olduğu kimi təqdim etmişik. Həmçinin fikirlərinə, yaradıcılığına hörmət etdiyimiz bir ziyalı kimi sizi də müsahibə üçün redaksiyamıza dəvət edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33229

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21