Teleaparıcı Xoşqədəm Hidayətqızı yeni layihəsindən söz açıb. Lent.az-a açıqlama verən aparıcı deyib ki, yeni verilişdə ölkədə baş verən ən aktual problemlər müzakirə olunacaq: “Bildiyiniz kimi ötən həftə ATV-də yeni bir layihəyə başladıq. “ ATV gündəm” adlanan bu verilişi, hər həftənin şənbə günü, saat 21:00-da izləyənlər, çox maraqlı mövzuların müzakirəsinin şahidi oldular.