Mərkəzdən APA-ya verilən məlumata görə, layihənin əsas məqsədi yeni filmlərin nümayişini təşkil etmək, yaradıcı insanların bu məkana yığışaraq filmlə bağlı fikir və düşüncələrini bölüşmək üçün imkan yaratmaqdır.
İlk nümayiş olunacaq lent nüfuzlu qısametrajlı film festivallarından birinin müsabiqə proqramına daxil edilmiş azərbaycanlı kinorejissor Teymur Hacıyevin “Yara” filmidir.
Qısametrajlı film 2013-cü ildə «FIL PRODUCTION» və «Cinex Azerbaijan Film & Digital production» istehsalı olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Nar Mobile” mobil operatorunun dəstəyi ilə həyata keçirilmiş "Üç tarix" adlı film layihəsi çərçivəsində çəkilib.
Filmin baş rollarında gənc rejissor Elmar İmanov və əməkdar artist Şamil Süleymanlı çəkiliblər.