Bir gündə iki bəstəkarın yubileyi qeyd olunacaq
09 aprel 2014 12:24 (UTC +04:00)

Bir gündə iki bəstəkarın yubileyi qeyd olunacaq

Aprelin 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli iki bəstəkarın yubileyi münasibəti ilə konsert keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, bəstəkar, SSRİ xalq artisti Soltan Hacıbəyovun 95 və bəstəkar, əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun 65 illik yubiley tədbirində Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək. Konsertin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayev olacaq.

 

Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı oğlu Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Şuşada anadan olub. 1930-cu ildə Bakıya köçüb, 1936-cı ildən isə əmisigildə  yaşayıb. Musiqi Texnikumunun truba sinfini bitirəndən sonra 1939-cu ildə o, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olub. Çoxsaylı əsərlərin müəllifidir. 1974-cü ildə 55 yaşında vəfat edib.

 

İsmayıl Soltan oğlu Hacıbəyov sentyabrın 2-si 1949-cu ildə anadan olub. Piano üçün “Albomdan səhifələr” süitası, “Üç idilliya”, fleyta və simli orkestr üçün “Konsertştük”, oktet üçün “Divertisment”, “Füruzə” operasının müəllifidir. İ. Hacıbəyov 2006-ci ildə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar