"Leyli Məcnun" ABŞ səhnələrində nümayiş etdirilir
13 oktyabr 2016 13:29 (UTC +04:00)

"Leyli Məcnun" ABŞ səhnələrində nümayiş etdirilir

 

Xalq artisti Alim Qasımov bir aya yaxındır ki, Amerika Birləşmiş Ştatlarında yaradıcılıq səfərindədir. Lent.az-ın məlumatına görə, muğam ustası məşhur violançel ifaçısı Yo-Yo Manın yaratdığı "İpək yolu" ansanblı və Mark Morrisin rəqs qrupu ilə birlikdə səhnələşdirilmiş "Leyli Məcnun" tamaşasını nümayiş etdirir. Ötən müddət ərzində ərzində onlar ABŞ-ın Vaşinqton, Kaliforniya ştatlarında bir neçə dəfə çıxış ediblər. Tamaşanın növbəti nümayişi 13-14-15 oktyabr tarixlərində Miçiqan ştatının Ann Arbor şəhərində olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Oxşar yazılar