“Qorxma, mən səninləyəm! 1919” filmi Moskvada təqdim olundu
18 noyabr 2014 14:29 (UTC +04:00)

“Qorxma, mən səninləyəm! 1919” filmi Moskvada təqdim olundu

 

Rusiya paytaxtında “Qorxma, mən səninləyəm! 1919” filminin təqdimat mərasimi keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumta görə, paytaxtın “Puşkin” kinoteatrında keçirilən mərasimdə Rusiya və Azərbaycanın tanınmış siyasət və mədəniyyət xadimləri, Ümumrusiya Azərbaycan Konqresinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan filmin rejissoru Yuli Qusman yeni filmdə 1919-cu ildə baş verən hadisələrin əks olduğunu söyləyib: “Yeni filmdəki hadisələr ilk filmdə baş verən hadisələrdən 20 il sonrakı dövrü təsvir edir. Mən Azərbaycan prezidentinə, Heydər Əliyev Fonduna, doğma vətənim Azərbaycandan olan bütün dostlartıma təşəkkürümü bildirmək istəyirəm”.

 

Filmin çəkiliş qrupunu təqdim edən Y. Qusman çəkiliş zamanı Rusiyanın bir çox tanınmış kinematoqrafçılarının Azərbaycanda olduğunu qeyd edib: “Onların bəziləri işin çoxluğundan çətinliklə gəlməyə razılıq versələr də, indi Azərbaycana bir daha getməyi arzu edirlər”.

 

Azərbaycanın Rusiyadakı səfiri, filmin bəstəkarı və baş rolun ifaçılarından biri Polad Bülbüloğlu isə filmin çəkiliş qrupunun təqdimat mərasimini məhz 17 noyabr tarixinə, Azərbaycanın Milli Dirçəliş günündə keçirilməsinə qərar verdiyini söyləyib. “Qorxma, mən səninləyəm! 1919”  filmi haqqında danışan P. Bülbüloğlu bildirib ki, bu film 1981-ci ildə çəkilən kinolentin davamı deyil: “Bəli, iştirakçılar da, rejissor da eynidir. Lakin bu başqa bir tarixdir. Vaxt gələcək, bu iki film bir-birini tamamlayacaq”.

 

Səfir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına göstərilən köməyə görə təşəkkürünü bildirib.  

 

Filmin prodüseri, “Vayt Media” şirkətinin rəhbəri Timur Vanşteyn isə noyabrın 20-dən etibarən “Qorxma, mən səninləyəm! 1919” filminin Rusiyada kinoprokata çıxacağını söyləyib:

 

Öz növbəsində TASS İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusman çıxışı zamanı filmin yaradıcılarını təbrik edib: “Filmin Bakıda isti qəbul olunmasına çox şad oldum. Çox ümid etmək istəyirəm ki, Moskvada da belə olacaq. Bu gün tamaşaçılar arasında çoxlu bakılılar var. Filmin təqdimatı bizim hamımızın bir yerə yığışması üçün gözəl bəhanədir”.

 

Qeyd edək ki, film C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kinoşirkəti ilə birgə istehsal olunub. Yeni ekran əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

 

"Qorxma, mən səninləyəm. 1919" filmində Polad Bülbüloğlu, həmçinin rusiyalı aktyorlardan Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnıy, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də yerli aktyorlardan Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova və Rövşən Əsgərov çəkiliblər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615
avatar

Oxşar yazılar