“Mənim günahım” tamaşası hazırlanır
20 aprel 2016 12:25 (UTC +04:00)

“Mənim günahım” tamaşası hazırlanır

 

Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında yeni tamaşa hazırlanır. Teatrdan Lent.az-a verilən məlumata görə, bu əsərin səhnələşdirilməsi ideyası teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevə məxsusdur.

Səhnə əsəri məşhur bəstəkar Qara Qarayevin balet musiqisi əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu-rəssamı Elnur Axundov, drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, baletmeysteri Leyla Ağayeva, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.

 “Mənim günahım”da baş rolu  Nurcahan obrazını xalq artisti Şükufə Yusupova canlandıracaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372
avatar

Oxşar yazılar