Xalq artisti Sərdar Fərəcov sentyabrın 6-ı saat 15:10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBB-dən məlumat verilib.
Bildirilib ki, Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub:
"Zəruri laborator və instrumental müayinələr icra olunub.
Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir.
Huşu aydın, hemodinamik göstəriciləri stabildir".
***
11:08
"Ötən həftənin cümə günündən atamın vəziyyəti ağırlaşdı, Mərkəzi Neftçilər Xəstəxanasına apardıq".
Lent.az bildirir ki, bunu APA-ya a Xalq artisti Sərdar Fərəcovun qızı Selcan Heydərova deyib.
O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir:
"Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəxstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır-stabildir".