Xalq artisti Ramiz Əzizbəyli
09 iyun 2021 20:15 (UTC +04:00)

Xalq artisti Ramiz Əzizbəyli

Xalq artisti Ramiz Əzizbəyli vəfat etdi - SON DƏQİQƏ - VİDEO

Xalq artisti Ramiz Əzizbəyli vəfat edib. Bu barədə Lent.az-a Xalq artistinin ailəsindən bildirib.

Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun ayaqları barmaq hissədən amputasiya olunmuşdu.

Xatırladaq ki, Ramiz Hacı Ağa oğlu Əzizbəyli 1948-ci il iyulun 20-də anadan olub.

Xatırladaq ki, Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub.

O, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

"Azərbaycanfilm" kinostudiyasında işləyib.

1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb.

1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb. 1 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

# 8208
avatar

Oxşar yazılar