Şuşada ilk dəfə Milli Musiqi Günü  keçirilir - FOTO
18 sentyabr 2021 13:40 (UTC +04:00)

Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir - FOTO

Bu gün ilk dəfə Milli Musiqi günü Şuşada keçirilir.

APA-nın Şuşada olan əməkdaşının verdiyi məlumata görə, tədbirdə iştirak edən nümayəndə heyəti xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar. Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir, bu dəfə onun heykəlinin ucaldığı parkda keçirilir.

Tədbiri giriş sözü ilə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açıb.

 

 

# 1761
avatar

Oxşar yazılar