Ramiz Əzizbəylinin qızı: "Ölmək istəmirdi..."
10 iyun 2021 13:13 (UTC +04:00)

Ramiz Əzizbəylinin qızı: "Ölmək istəmirdi..."

"Atam xalqını çox sevirdi. Ölmək istəmirdi, amma həyat, xəstəlik ona imkan vermədi. Arzuları çox idi, xatirələri ilə bağlı kitab çap etdirmək istəyirdi, yarımçıq qaldı".  

Bu sözləri Lent.az-a açıqlamasında Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli atasından danışarkən deyib: "Ayağının sağalmasını gözləyirdi, şəkər xəstəsi olduğu üçün hərəkət edə bilmirdi. Sağalmışdı, amma koronavirus ona aman vermədi. Mən onunla xəstəxanada bir yerdə idim, 9 gün yanında qaldım. Sonra infarkt keçirdi, reanimasiyaya yerləşdirildi. Sonuncu dəfə mayın 28-də görmüşəm. İlk günlər yaxşı idi, palatada bir yerdə idik. Atama deyirdim ki, xəstəxanadan sağalıb bir yerdə çıxacağıq".  

Qeyd edək ki, xalq artistinin qızı Xədicə Əzizbəyli də koronavirusa yoluxmuşdu.

# 8712
avatar

Yalçın UĞUR

Oxşar yazılar