Məşhur serialın aktyoruna  AĞIR İTTİHAM:  Uşaqlara təcavüz...
07 fevral 2023 17:59 (UTC +04:00)

Məşhur serialın aktyoruna AĞIR İTTİHAM: Uşaqlara təcavüz...

“Qurdlarla rəqslər” serialının Nathan Lee Chasing His Horse adı ilə tanınan aktyoru azyaşlılarla seks sektası təşkil etməkdə ittiham olunur.

Lent.az xəbər verir ki, "Sky news"un məlumatına görə, aktyor uşaqlara təcavüz etməkdə günahlandırılıb.

Las-Veqas polisinin məlumatına görə, azı altı qurbanın şəxsiyyəti müəyyən edilib. Onlardan birinin- 15 yaşlı qızın aktyora “hədiyyə” edildiyi, digərlərini isə Nathanın zorladığı bildirilir.

Bundan başqa, aktyor kimi şöhrət tapandan sonra Nathan azyaşlı qızlarla evlənərək sekta yaradıb. 

Onu da qeyd edək ki, aktyor cinsi cinayətlərini lentə almaqda və pul müqabilində azyaşlıları başqa kişilərlə intim görüşdürməkdə də ittiham olunur.


 

# 1968
avatar

Nigar Namiq

Oxşar yazılar