Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
51 yaşlı sənətçi bir neçə ay əvvəl üzgərdirmə əməliyyatı etdirdiyini açıqlayıb. Gündeş estetik müdaxilə üçün təxminən 10 milyon Türkiyə lirəsi xərclədiyini deyib.

