Kann kinofestivalının qalibləri məlum oldu - SİYAHI
24 may 2026 02:05 (UTC +04:00)

Kann kinofestivalının qalibləri məlum oldu - SİYAHI

0

2026-cı il Kann kinofestivalı başa çatıb və mayın 23-də keçirilən bağlanış mərasimində qaliblər elan olunub.

APA xəbər verir ki, festival iki həftə ərzində dünya kinosunun ən səs-küylü premyeraları ilə diqqət çəkib.

Festivalın qırmızı xalçasında çoxsaylı dünya ulduzları iştirak edib. Müxtəlif günlərdə premyeralara Demi Mur, Keyt Blanşett, Maykl Fassbender, İzabel Yupper, Barbara Palvin, Bella Hədid, Xavier Bardem və Karla Bruni qatılıb.

Festivalın əsas mükafatı olan “Qızıl Palma Budağı” rumıniyalı rejissor Kristian Mungiunun “Fyord” filminə verilib. Bununla da ABŞ şirkəti olan NEON ardıcıl yeddinci dəfə kinofestivalın qalibi olub.

Festivalın “Qran-pri” mükafatını rusiyalı rejissor Andrey Zvyagintsev “Minotavr” filmi ilə qazanıb.

Bu il Kann festivalında bir neçə nominasiyada heç-heçə qeydə alınıb. “Ən yaxşı kişi rolu” mükafatını “Qorxaq” (“Trus”) filmindəki roluna görə Emmanuel Maççia və Valentin Kampan bölüşüb.

“Ən yaxşı qadın rolu” isə “Qəfil” (“Vnezapno”) filminə görə Virjini Efira və Et Tao Okamotoya təqdim olunub.

“Ən yaxşı rejissor” nominasiyasında da birdən çox qalib olub – Paveł Pavlikovski “Vətən” filmi ilə, Javier Kalvo və Javier Ambrossi isə “Qara Kürə” filmi ilə mükafata layiq görülüb.

Festival çərçivəsində aktyor Con Travolta kinoya xüsusi töhfələrinə görə fəxri “Qızıl Palma Budağı” ilə təltif edilib.

Hər il gənc aktyorlara təqdim olunan “Trophée Chopard” mükafatı isə Odessa Ezaion və Konnor Suindellsə verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar