İranlı rejissorlar hicabsız aktrisanın  çəkildiyi filmə görə həbs edildi
14 aprel 2025 11:36 (UTC +04:00)

İranlı rejissorlar hicabsız aktrisanın çəkildiyi filmə görə həbs edildi

Rejissorlar Behtaş Sanaiha və Maryam Moqadam “Mənim sevimli tortum” filmində hicabsız qadının çəkildiyi səhnəyə görə hər birinə 14 aylıq şərti həbs cəzası verilib.

Lent.az xarici mediay istinadla bildirir ki, Tehranın İslam İnqilab Məhkəməsi filmin yaradıcılarını “İslam Respublikası əleyhinə təbliğat” və “ədəbsiz məzmun yaratmaqda” təqsirli bilib. Şərti cəzaya əlavə olaraq, məhkəmə onları 589 milyon İran rialı - təxminən 16 min  dollar cərimə ödəməyə məcbur edib.

Səs-küy yaradan film 2024-cü ilin fevralında Berlin Film festivalında nümayiş etdirilib. Premyeradan az sonra rejissorlar haqqında rəsmi araşdırma başlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar