İranda rejissor Cəfər Pənahi  həbs edildi
11 iyul 2022 18:31 (UTC +04:00)

İranda rejissor Cəfər Pənahi həbs edildi

İranlı rejissor Cəfər Pənahi daha iki kinorejissor Məhəmməd Rəsulof və Mustafa Ələhmədin həbs olunmasına etiraz olaraq keçirilən aksiyada iştirak etdiyi üçün həbs edilib. 

Lent.az bildirir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Qeyd olunur ki, 300-dən çox sənətçi rejissorların azadlığa buraxılması ilə bağlı bəyanat imzalayıb. Pənahinin özü hazırda həbsdədir.

2010-cu ildə o, artıq həbs edilib və rejim əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə zərbə vurmaqda ittiham olunub. Rejissor 6 il müddətinə azadlıqdan məhrum edilib və 2030-cu ilə qədər film çəkmək qadağan edilib. O, həbsxanaya göndərilməyib, ev dustaqlığında cəza çəkib.

Pənahi İran kinosunun “yeni dalğası”nın nümayəndələrindən biridir. Onun “Üç üz” filmi Kann kinofestivalında ən yaxşı ssenariyə görə, “Qapalı pərdə” filmi isə Berlin kinofestivalında mükafata layiq görülüb. Bundan əlavə, 2000-ci ildə Pənahinin “Dairə” işi Venesiya kinofestivalında beş mükafata layiq görülüb.

# 2163
avatar

Oxşar yazılar