Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək
21 aprel 2025 13:34 (UTC +04:00)

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez yeni Netflix filmində baş rolda çıxış edəcək.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, filmin adı "Sonuncu xanım Periş" olacaq. Süjet bir ailənin etimadını qazanan bir dələduz qadının hekayəsini əhatə edir. Filmin rejissoru, məşhur "Forrest Qamp" və "Gələcəyə dönüş" filmlərinin müəllifi olan Robert Zemeckis olacaq.

“Film hazırda inkişaf mərhələsindədir, ssenari üzərində “Oskar” mükafatına namizəd olmuş Andrea Berloff və Con Qetins çalışır. Bu layihə Zemeckis və Getinsin əməkdaşlığının davamıdır – onlar əvvəllər Denzel Vaşinqtonun baş rolda oynadığı və “Oskar”a namizəd göstərilmiş ‘Uçuş’ (“Flight”) dramında birgə çalışıblar,” – mənbələr bildirir.

Hazırda "Sonuncu xanım Periş" filminin premyera tarixi bəlli deyil.

Qeyd edək ki, Cennifer Lopez indiyədək 40-dan çox film və 7 serialda rol alıb. Aktrisanın ən məşhur filmləri arasında "Əgər qaynana canavardırsa", "Anakonda", "Səninlə evlənəcəyəm", "Yenidən başla" kimi komediyalar, dramlar və melodramlar yer alır.

Xatırladaq ki, daha əvvəl Netflix "Qum adamı" serialının ləğvi ilə bağlı xəbərlərdən sonra layihənin davamının treylerini yayımlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820

Oxşar yazılar