Bakıda bu rəssamın əsəri 10 min dollara  satışa çıxarıldı
27 fevral 2025 16:28 (UTC +04:00)

Bakıda bu rəssamın əsəri 10 min dollara satışa çıxarıldı

Azərbaycanlı rəssam Şahin Quliyevin “Reformasiya” adlı əsəri satışa çıxarılıb. 

Lent.az xəbər verir ki, kətan üzərində yağlı boya ilə işlənmiş bu sənət əsəri 10 000 ABŞ dolları dəyərində qiymətləndirilib. Rəsmi gənc kolleksiyaçı Nicat Azayev satışa təqdim edib.

Kolleksiyaçı Nicat Azayev, rəssamın bu əsərdə Alman İntibahının iki mühüm şəxsiyyətini – dini islahatçı Martin Lüter və incəsənət ustası Albrext Düreri birləşdirərək, vizual və ideoloji körpü yaratdığını vurğulayır. Rəsmdə Lüterin dini reformasiya ideyaları ilə Dürerin sənətdə humanizmi ifadə edən yaradıcılığı sintez olunub.

Kolleksiyaçının sözlərinə görə, hər iki şəxsiyyət 16-cı əsrdə Almaniyada böyük dəyişikliklərə təsir göstərib. Lüter Katolik Kilsəsinə meydan oxuyaraq dini reformasiya aparıb, Dürer isə Alman İntibahının əsas sənətkarlarından biri olub. Hər ikisi çap texnologiyasının gücündən istifadə edərək öz ideyalarını yaymağa müvəffəq olub:

“Şahin Quliyev “Reformasiya” əsərində Lüterin mənəvi azadlıq uğrunda apardığı mübarizəni və Dürerin insanın fiziki və intellektual gücünü əks etdirməsini bir obrazda cəmləyib. Bu əsər həm intellektual, həm də mədəni transformasiyanı simvolizə edir”.

Bu əsərin kim tərəfindən əldə ediləcəyi maraq doğurur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310

Oxşar yazılar