Rusiya mətbuatı ölkədə yaşayan ən bahalı qadın rəssamların siyahısını təqdim edib.
Lent.az yerli KİV-ə istinadən məlumat verir ki, azərbaycanlı rəssam Aydan Salahova TOP 50-də
44-cü yerdə qərarlaşıb.
Onun “Hеrmаfrоdit” əsəri 2020-ci ildə Moskvada 53 808 dollara (91 500 manat) satılıb.
KİV Aydan Salahovanı Rusiyada yaşayan və çalışan rəssam, heykəltəraş, keçmiş qalereya sahibi, müasir rus incəsənətinin önəmli simalarından biri kimi təqdim edib.