Azərbaycan əsilli fransız rejissor mükafatlandırıldı
21 avqust 2020 10:29 (UTC +04:00)

Azərbaycan əsilli fransız rejissor mükafatlandırıldı

Azərbaycan əsilli fransız rejissor beynəlxalq film festivalında mükafatlandırıldı
Azərbaycan əsilli fransız aktyor, rejissor və ssenarist Robert Hossein Kiyev Beynəlxalq Molodist Film Festivalının xüsusi mükafatına layiq görülüb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, pandemiyaya görə Robert Hosseinin mükafatının təqdimatı onun hazırda yaşadığı Vittel kommunasında təşkil edilmiş rəmzi mərasimdə təqdim olunub.

Anası ukraynalı pianoçu, atası azərbaycanlı olan 92 yaşlı R.Hossein 20-dən çox böyük tamaşanın müəllifidir. Onun 1978-ci ildə Fransa paytaxtının İdman Sarayında təqdim olunan “Paris Notre Dame” tamaşası böyük uğur qazanıb. Bu tamaşa 580 mindən çox izləyici toplayıb.

Kiyev Beynəlxalq Molodist Film Festivalı Ukraynanın ən mühüm festivallarından biri hesab olunur. 1970-ci ildən fəaliyyət göstərən bu festivalda qısa və uzun metrajlı, eləcə də tələbə filmlərinin premyerası təqdim olunur.

# 2773
avatar

Oxşar yazılar