Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri seçilib.
Lent.az-ın xəbərinə verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilib.
Akademik Milli Dram Teatrında keçirilən qurultayda birliyin sədr postuna seçki keçirilib.
Seçki üçün şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi olub.
Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.
***
11:57
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilir.
Lent.az xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.
Sonra qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında öz işinə başlayıb.
Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edir.
Qeyd edək ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.